Nərimanov RİH-in müharibədən qələbə ilə qayıdan əməkdaşı belə qarşılandı – FOTObackend

Nərimanov RİH-in müharibədən qələbə ilə qayıdan əməkdaşı belə qarşılandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir.

Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər.

Könüllü olaraq cəbhəyə gedən vətənpərvər gənclərdən biri də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşı Tahir İbrahimovdur.

Vətən uğrunda gedən müharibədə onun zəfər yolu işğal olunmuş bir neçə rayonun azadlığı uğrunda gedən döyüşlərdən keçib. Qələbə ilə geri dönən Tahiri iş yerində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda olmaqla İcra Hakimiyyətinin kollektivi böyük fəxrlə qarşılayıb.

Qarşılanma zamanı çıxış edən Abdin Fərzəliyev xalqımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun çoxsaylı qəhrəman əsgər və zabitləri ilə qürur duyduğunu söyləyərək bu gün qələbə sevincini bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa diləyib.