backend

Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib. 

 

Ötən gün Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

 

 Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və 120 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Tələbə – Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihənin vəzifəsi gənclərə biznes üzrə təlimlərin keçirilməsi, onlara müvafiq qanunvericilik haqqında məlumat vermək, biznes layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin keçirilməsidir. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. O.Nəbiyev qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.

Sonda ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.