Nəriman Abbasov çempion titulunu qorudu – VİDEObackend

Nəriman Abbasov çempion titulunu qorudu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

Döyüş Abbasovun qələbəsi ilə yekunlaşıb.

İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, karyerasında 31-ci döyüşdə 28-ci qələbəsini qazanan idmançımız “AMC Fight Nights” çempionu titulunu növbəti dəfə qoruyub.