NƏQLİYYAT EKSPERTİ MARŞRUTDA BAHALAŞMAYA HAQQ QAZANDIRDI, ÇÜNKİ… – AÇIQLAMAbackend

NƏQLİYYAT EKSPERTİ MARŞRUTDA BAHALAŞMAYA HAQQ QAZANDIRDI, ÇÜNKİ… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayıblar. Onlar tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. Görəsən, bu müraciət irəlidən qiymət artımının xəbərçisidir yoxsa…?

Məsələ ilə bağlı TİA. Az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ictimai nəqliyyatda qiymət artımı ilə bağlı daşıyıcı şirkətlər tərəfindən edilən müraciət əsaslıdır:
“Çünki onlar orada fikirlərini çox aydın şəkildə izah ediblər. Son dövrlərdə yanacağın, sürtkü yağlarının bahalaşması, bütün xidmət personalının əməkhaqqı və digər sahələr üzrə bahalaşma sözsüz ki, ictimai nəqliyyata da öz təsirini göstərir. Daşıyıcı şirkətlərin üzərinə tələb qoyulur ki, mütləq müasir standartlara cavab verən avtobuslar almalısınız, kondisioneri, isitmə sistemi olmalıdır. Avtobusların qiyməti də fantastik dərəcədə bahadır, 200-400 min manata qədər başa gəlir. Düşünürəm ki, bu barədə əsaslandırılmış fikir yazdıqlarına görə onları dinləmək lazımdır. Hazırda müraciətlər nəzarətə götürülüb, araşdırılır. Hesab edirəm ki, bununla bağlı hansısa formada addım atılacaq. Daşıyıcı şirkətlərin hökümətdən iki xahişi var, ya gedişhaqqı artırılmalıdır ya da dövlət dotasiya şəklində dəstək olmalıdır. Əslində, mən dəstəyi daha üstün tutardım.
Çünki indiki halda qiymət artımı əhalinin güzəranına təsir göstərəcək. Digər tərəfdən artım olsa da maksimum 10 qəpik ən pis halda 20 qəpik ola bilər. Bu da vəziyyətdən çıxış yolu deyil. Mənə elə gəlir ki, məsələ ilə bağlı yaxın vaxtlarda uyğun qərar veriləcək.
Daşıyıcı şirkətlərin mövcud vəziyyəti bəllidir. Onlara dəstək göstərilsə, daha yaxşı olar ki, onlar öz işlərini qayda-qanun çərçivəsində həll edərlər. Bütün işçilər əmək müqaviləsi ilə götürülər, hər şey şəffaflaşar. İndiki halda bəzi daşıyıcı şirkətlər var ki, bütün sənədləri qara mühasibatlıqla həyata keçirilir. Ona görə də düşünürəm ki, dövlət tərəfindən dəstək göstərilsə, bu problemlər həll olunacaq. Yüksək qiymət artımına isə cəmiyyətimiz hazır deyil”.

Aytac

TİA. Az