Nəhəng asteroid Yerə yaxınlaşır – Tarix açıqlandıbackend

Nəhəng asteroid Yerə yaxınlaşır – Tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
NASA dünyanın ən hündür binası olan Bürc Xəlifəni iki qat edə bilən nəhəng asteroidin Yerə doğru yola düşdüyünü açıqlayıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) nəhəng asteroidin Yerə doğru yola düşdüyünü elan edərək, planetimizə yaxınlaşacağı tarixi açıqlayıb.
Diametri 1,8 km olan 7335 (1989 JA) adlı kosmik qaya NASA tərəfindən “potensial təhlükəli” kimi təsnif edilib.
Qeyd edilir ki, asteroid 830 metrlə dünyanın ən hündür binası olan “Bürc Xəlifə”dən daha böyükdür.
Asteroidin bu həftənin cümə günü Yerin yaxınlığından keçəcəyi bildirilib.
Təxminən 4 milyon kilometr məsafədən keçəcəyi və Yer kürəsi üçün təhlükə yaratma ehtimalının olmadığı qeyd edilir.
Asteroid saatda 50 min kilometr sürətlə hərəkət edir.