Tribuna İnformasiya Agentliyi

Neftin qiyməti ucuzlaşır

18 Noyabr

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir. 

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 45,42 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 46,49 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 47,27 dollar təşkil edib.