Tribuna İnformasiya Agentliyi

Neftin qiyməti 17 ayın rekordunu qırdı

05 Dekabr

“Brent” markalı neftin qiyməti 24 iyul 2015-ci ildən sonra ilk dəfə 55 dolları ötüb. 

Brent” markalı neftin qiyməti 24 iyul 2015-ci ildən sonra ilk dəfə 55 dolları ötüb.

TİA.AZ xəbər verir ki, saat 12:45-ə olan məlumata əsasən Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent” markalı neftin bir barelinin qiyməti 1,27% artaraq 55,14 dollara çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 52,25 dollara qədər qalxıb.