Tribuna İnformasiya Agentliyi

Neftin qiyməti psixoloji həddi keçdi

12 Sentyabr

“Brent” markalı neftin bir barelinin qiyməti 80 dollara çatıb.

TİA.AZ xəbər verir ki, bu barədə Intercontinental Exchange (ICE) elektron birjasının məlumatında bildirilir.

Noyabr fyuçersin bir barel üçün qiyməti 80,04 dollar idi. Birjada isə tələb-təklif zamanı 80,11 dollara çatıb. Bu, bu ilin may ayının 22-dən bəri ən yüksək göstəricidir.

WTI markalı neftin bir barelinin oktyabr fyuçersləri isə 2,31 faiz artaraq 70,85 dollara çatıb.

Sentyabrın 12-də ABŞ Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatlarının 5,3 milyon barel (396,2 barel) azaldığını bəyan edib.