Tribuna İnformasiya Agentliyi

Neftin qiyməti bu liderlərin görüşündən asılı olacaq

10 İyun

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edəcək. TİA.AZ Rusiya KİV-nə istinadən xəbər verir ki, xəbəri Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.   Görüşdə dünyanın neft bazarındakı vəziyyət və Yəməndə davam edən vətəndaş müharibəsi müzakirə olunacaq. Rusiya və Səudiyyə Ərəbistanı dünyanın 2 ən iri neft hasilatçısıdır.