Tribuna İnformasiya Agentliyi

Neftimiz bahalaşdı

25 Noyabr

Dünya birjalarında neft yenidən ucuzlaşıb. 

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

TİA.AZ xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar azalaraq 47,58 dollar təşkil edib.

İCE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 48,52 dollar olub.

Neftin ucuzlaşmasına dünya bazarında dolların möhkəmlənməsi səbəb olub.

Azərbaycan nefti isə bahalaşmaqda davam edir.

“Azərilayt” markalı neftin 1 barrelinin qiyməti 0,34 dollar və ya 0,28% artaraq 50,17 dollar təşkil edib.