“Neftçi”nin uğurlu seriyası qırıldıbackend

“Neftçi”nin uğurlu seriyası qırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Bakı təmsilçisi XXV turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub

TİA.AZ goal.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2. 70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.