Tribuna İnformasiya Agentliyi

Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin olundu

09 Oktyabr

Mәrkәzi Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin edilib.

Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.Nazirlik rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyi Kollegiyasının qərarına əsasən, Mirzəyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, xәstәxananın əvvəlki baş direktoru Hikmәt Hәsәnov öz ərizəsi ilə işindən azad edilib.