Tribuna İnformasiya Agentliyi

“Neftçi” və “Qarabağ”ın Avropa Liqasının pley-offundakı səbətləri bəlli olub

02 Avqust

Avqustun 5-də Avropa Liqasında pley-offun püşkü atılacaq.

APA-nın məlumatına görə, III təsnifat mərhələsi hələ başlamadığından püşkatmada cütlər iştirak edəcək.

Mərasim iki hissədən ibarət olacaq. Əsas yolda oyunları keçiriləcək raundun 26 cütünün rəqibləri bilinəcək. Onlar 13 duelin iştirakçılarını müəyyənləşdirəcəklər.

Azərbaycanın ən titullu klubu “Neftçi”nin İsrail “Bney Yehuda”sı ilə cütü də püşkə qatılacaq. Bu 26 cütlük daha reytinqli rəqibin əmsalına əsasən səbətlərə bölünüb. “Neftçi”nin cütü püşkdə səpələnməmiş olacaq.

Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinəcək. Ağdam klubu Avropa Liqasının Çempionlar yolundakı püşkatmada iştirak edəcək. Burada Çempionlar Liqasının 6 Çempionlar yolunun 6 cütü də yer alıb. Həmin cütlərin məğlubları Avropa Liqasına yollanacaq. Avropa Liqasının Çempionlar yolunun 10 cütündə isə qaliblər mübarizəni davam etdirəcək.

Ağdamlıların Kipr APOEL-i ilə cütü də ilk “altılıq”dadır. Bu cüt püşkatma zamanı səpələnmiş olacaq. Çünki burada reytinq cütün hansı turniri təmsil etməsi önəmlidir.

Çempionlar Liqasının 6 cütü səpələnəcək. Digər 10 cüt səpələnməmiş olmayacaq. Püşk iki cütdə səpələnməmişləri üz-üzə qoyacaq. “Qarabağ” – APOEL cütünün mümkün rəqibi isə Avropa Liqasına daha öncə keçən çempionlardan olacaq.

Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün məğlubu
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün məğlubu
”Dinamo” (Xorvatiya) – “Ferensvaroş” (Macarstan) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün məğlubu

Səpələnməmişlər
“Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) – “Suduva” (Litva) cütünün qalibi
“Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) cütünün qalibi
“Riqa” (Latviya) – HİK (Finlandiya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan) – TNS (Uels) cütünün qalibi
“Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus) cütünün qalibi
“Düdelanj” (Lüksemburq) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Valletta” (Malta) cütünün qalibi
“Şerif” (Moldova) – AIK (İsveç) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya) cütünün qalibi

Əsas yol
Səpələnmişlər
“Hoqesun” (Norveç) – PSV (Holldnaiya) cütünün qalibi
“Sparta” (Çexiya) – “Trabzonspor” (Türkiyə) cütünün qalibi
“Antverpen” (Belçika) – “Viktoriya” (Çexiya) cütünün qalibi
“Brondbü” (Danimarka) – “Braqa” (Portuqaliya) cütünün qalibi
AEK (Kipr) – “Gent” (Belçika) cütünün qalibi
“Legiya” (Polşa) – “Atromitos” (Yunanıstan) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Almaniya) cütünün qalibi
“Styaua” (Rumıniya) – “Mlada Boleslav” (Çexiya) cütünün qalibi
“Feyenoord” (Hollandiya) – “Dinamo” (Gürcüstan) cütünün qalibi
“Lütsern” (İsveçrə) – “Espanyol” (İspaniya) cütünün qalibi
“Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Partizan” (Serbiya) – “Yeni Malatyaspor” (Türkiyə) cütünün qalibi
“Pünik” (Ermənistan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi

Səpələnməmişlər
“Norçepinq” (İsveç)i – “Hapoel Bier-Şeva” (İsrail) cütünün qalibi
“Torino” (İtaliya) – “Şaxtyor” (Belarus) cütünün qalibi
“Austriya” (Vyana, Avstriya) – “Apollon” (Kipr) cütünün qalibi
“Mölde” (Norveç) – “Aris” (Yunanıstan) cütünün qalibi
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Strasburq” (Fransa) cütünün qalibi
“Tyun” (İsveçrə) – “Spartak” (Moskva, Rusiya) cütünün qalibi
“Midtyulland” (Danimarka) – “Reyncers” (Şotlandiya) cütünün qalibi
“Mariupol” (Ukrayna) – “Alkmaar” (Hollandiya) cütünün qalibi
“Riyeka” (Xorvatiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi
“Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi
MOİK (Bolqarıstan)/“Osiyek” (Xorvatiya) – “Zarya” (Ukrayna) cütünün qalibi
“Neftçi” (Azərbaycan) – “Bney Yehuda” (İsrail) cütünün qalibi
“Universitatya” (Krayova, Rumıniya) – AEK (Yunanıstan) cütünün qalibi