“Neftçi” Premyer Liqada ilk qələbəsini qazandıbackend

“Neftçi” Premyer Liqada ilk qələbəsini qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
TİA.AZ-ın məlumatına görə, günün ilk matçında çempionata heç-heçə ilə başlayan “Zirə” və “Neftçi” komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu “ağ-qaralar”ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb – 2:0. İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan “Zirə”nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. “Zirə” isə 1 xalla 5-ci sırada qalıb.
Turun son oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. “Azersun Arena”dakı görüş saat 20:30-da başlayacaq.
Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Keşlə”ni 2:1, “Sumqayıt” isə “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.