“Neftçi”nin sabiq futbolçusu ev dustaqlığına buraxıldıbackend

“Neftçi”nin sabiq futbolçusu ev dustaqlığına buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dinamo” idman cəmiyyətinin Moskva şöbəsinin keçmiş birinci müavini və “Neftçi” klubunun sabiq futbolçusu Vladimir Mixalevski həbsdən buraxılıb.

Bu barədə “Report”a Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, Mixalevskinin həbs cəzası ev dustaqlığı ilə dəyişdirilib.

Abdullayev bu məsələdə veteranların müraciətinin də rol oynadığını vurğulayıb.

Qeyd edək ki, Vladimir Mixalevskiyə qarşı böyük miqdarda əmlakı mənimsəmə ittihamı irəli sürülüb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü bəndinə əsasən, bu norma üzrə maksimum cəza 10 ilədək həbsdir. İstintaq şöbəsi onun idman cəmiyyətinə 21 milyon rubldan çox ziyan vurduğunu iddia edir. Amma cinayətin törədildiyi vaxt bildirilmir. Mixalevskinin günahını qəbul edib-etmədiyi də hələ dəqiqləşdirilməyib. 2019-cu ilin dekabrında axtarışa verilmiş keçmiş müdafiəçi İspaniyada ələ keçirilib. 2020-ci ilin oktyabrında İspaniya tərəfi Rusiya Baş Prokurorluğunun ekstradisiya tələbini təmin edib. Mixalevski futbolçu karyerası ərzində Ukraynanın “SK Odessa”, həmçinin Azərbaycanın “Neftçi” və “Gənclik” komandalarının formasını geyinib. “Ağ-qaralar”ın heyətində SSRİ çempionatında 185 oyun keçirmiş veteran müdafiəçi 4 qol vurub.