Neftçi Mirvari Qəhrəmanlının SOCAR-la bağlı fikirlərini təkzib etdibackend

Neftçi Mirvari Qəhrəmanlının SOCAR-la bağlı fikirlərini təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın mühəndisi Arif Qəmbərov sosial media hesabında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının SOCAR-ın strukturunda olan Neft Daşları və 28 May NQÇİ haqqında yazdıqlarına münasibət bildirib.

TİA.AZ Arif Qəmbərovun yazdığı statusu təqdim edir:

Dünən “facebook” sosial şəbəkəsində NHMT sədri Mirvari xanım Qəhrəmanlının SOCAR-ın strukturunda olan Neft Daşları və 28 May NQÇİ haqqında məqaləsini oxudum. Mivari xanımı çox yaxşı tanıyıram, mübariz insandır. Ancaq dünənki məqalədə qabardılan məsələlər tamamilə riyakarlıqdır. Əvvəlcə nəzər salaq 28 May NQÇİ-də qabardılan problemlərə. 28 May NQÇİ platformalarında kollektiv qidalanma ilə bağlı qaldırılan məsələ həqiqətə uyğun deyil. Tamamilə yalandır. Neftçilərin qidalanması ilə “Xəzər iaşə” MMC məşğuldur. Yetərincə ərzaq məhsulları gətirilir və keyfiyyətli yeməklər hazırlanır. Mən hal-hazırda 28 May NQÇİ-nin Günəşli yatağında 11 saylı DDÖ-dəyəm. İstər mühəndis, istərsə fəhlə sinfi olsun, fərq etməz.

Səhər yeməyi:

1) Düyü və mannı sıyığı.

2) Meyvə cemi.

3) Şokolad yağı

4) Qatılaşdırılmış süd

5) Bal

6) Qaynadılmış yumurta

7) Qayğanaq

8) “Qlazok” yumurta

9) Kolbasa – bişmiş

10) Kolbasa – hisə verilmiş

11) Sosiska – qaynadımış

12) Qızardılmış sosis, yumurta ilə qızardılmış kolbasalar.

13) Kərə yağı.

14) Pendir.

15) Pendir – niderland

Nahar yeməyi:

1) Düyü, vermeşil, makaron, perlova supları. Borş.

2) Qarabaşaq, bulqur, vermeşil, makaron.

3) Toyuq – qızardılmış, qaynadılmış

4) Müxtəlif qarnirlər, qablaşdırilmış mal əti və balıq.

5) Müxtəlif turşular

Şam yeməyi:

1) Müxtəlif souslar

2) Kartof – qaynadılmış, püre, qızardılmış

3) Balıq – qızardılmış

4) Kotletlər – toyuq və mal ətindən

5) Qızardılmış – vermeşil, makaron, qarabaşaq, bulqur və s.

6) Ketçup, mayonez, kofe və peçenye daim yeməkxanada masanın üzərində olur.

Sirələr və sular:

1) Qazlı və qazsız sular.

2) Müxtəlif şirələr

3) Meyvə kompotu – müntəzəm

Meyvələr:

1) Alma

2) Naringi

3) Portağaı və s. Mövsümi meyvə və giləmeyvələr.

4) Limon.

Qənnadı məmulatları:

1) Qənd

2) Şəkər tozu

3) Müxtəlif karamellər.

Un məmulatları

1) Çörəklər

a) Ağ

b) Qara.

Eləcə də gecə növbəsində işləyən işçilərin istəyinə uyğun yeməklər hazırlanır.

Hər gün yüksək keyfiyyətli təzə çörək bişirilir. O ki, qaldı işçilərin fərdi mühafizə vasitələri və geyim dəstləri ilə təminatına, bəzi çatışmazlıqlar müşahidə olunsa da istər mühəndis – texniki işçilər, istərsə də fəhlələr daim yuksək səviyyədə təmin olunur.

Vaxtın dəyişdirilməsinə gəlincə, Xəzər qapalı su hövzəsi olsa da çox şıltaq dənizdir. Birləşmiş çiçəklər qrafikinə nəzər salsaq, Xəzər dənizində ilin 285 günü şimal və şimal-şərq küləkləri əsir. Vaxtın dəyişdirilməsi gəmi və herikopter vasitəsi ilə həyata keçirilir. Bəzən günlərlə fırtınalı hava şəraiti müşahidə olunur. Gəmilərin hərəkəti məhdudlaşdırılır. Neft Daşları ərazisində bir çox meydançalarda herikopter meydançası nəzərdə tutulmayıb. SOCAR yaxud AZNEFT İB rəhbərliyi neyləməlidir? Gəmilərə qanadmı qoymalıdır? Min dəfə imam üçün ağlayanda, bir dəfə də heç olmasa yezid üçün ağlayın. Bir neçə narazı fərdin problemlərini kollektiv problemə çevirmək düzgün deyil. İstənilən halda sizinlə polemikaya hazıram. Məni tanıyan, bilən hər bir kəs bilir ki, düzə düz, əyriyəəyri deyən insanam”.

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/