“Neftçi” Honda ilə müqavilə imzaladı – RƏSMİbackend

“Neftçi” Honda ilə müqavilə imzaladı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” klubu yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə imzalayıb.

TİA.AZ xəbər verir ki, müqaviləyə klub prezidenti Kamran Quliyevlə 35 yaşlı yaponiyalı yarımmüdafiəçinin özü imza atıb.

Hondaya 4 nömrəli forma təqdim olunub.

Quliyev yeni transferlə mövsümün sonunadək müqavilə imzaladıqlarını və qismət olarsa, daha da uzadacaqlarını bildirib. O, Hondaya yeni komandasına çempionluğa gedən yolda dəstək olacağına inam ifadə edib: “Sizə xoş gəlmisiniz” deyirəm. Ayağınız düşərli olsun”.

Qeyd edək ki, Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “VVV-Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).

O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.

Ulduz futbolçunun son olaraq Portuqaliya “Portimonense” klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb.