“Neftçi” “Dinamo”ya məğlub oldu – VİDEObackend

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bu gün daha bir yoxlama oyunu keçirib.

TİA.AZ xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşıb.

İlk yoxlama görüşündə “LKS Lodz”a 0:4 hesabı ilə məğlub olan təmsilçimiz bu görüşdə daha yaxşı oyun ortaya qoymağa çalışıb.

Roberto Bordinin komandadan ayrılmasından sonra ilk oyununa çıxan “Neftçi” Füzuli Məmmədovun rəhbərliyi altındakı ilk sınağından məğlub ayrılıb.

Yoxlama oyunu 

“Neftçi” – “Dinamo” (Kiyev) 1:2 

Qollar: Vangelis Platellas, 69 – Vitali Mikolenko, 12, Nazari Rusin, 19