Tribuna İnformasiya Agentliyi

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb

25 Dekabr

“Neftçi” klubu qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb.

“Report” klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Rəşad Əzizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

24 yaşlı qolkiperin karyerasını “Sumqayıt”da davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, “Neftçi” daha əvvəl Rəşad Eyubovla vidalaşıb.