“Neftçi” bu gün “Qalatasaray”la oynayır – Matç SAATIbackend

“Neftçi” bu gün “Qalatasaray”la oynayır – Matç SAATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının “Neftçi” klubu bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

TİA.AZ xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İlk mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxacaq.

Qeyd edək k, “Neftçi” – “Qalatasaray” cütünün qalibi bu gün keçiriləcək “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Hakimlər
: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu