“Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaqbackend

“Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin növbəti rəqibi bəlli olub.

TİA.AZ xəbər verir ki, Bakı klubunun II təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

I təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu raundun qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. Görüş Bakıda keçiriləcək.

Qeyd edək ki, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.