Neftçalada kritik vəziyyət: su qıtlığı, antisanitariya, artan xəstəlikbackend

Neftçalada kritik vəziyyət: su qıtlığı, antisanitariya, artan xəstəlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Neftçalada su qıtlığı və koronavirusa yoluxma ilə bağlı kritik vəziyyət yaranıb.
Rayon sakinləri bildirir ki, onlar artıq ölkə prezidentinə müraciət  hazırlayırlar.
Hazırda Neftçaladakı vəziyyəti anladan şikayətçilər bildiriblər ki, Neftçala şəhərində sususzluq ən kritik səviyyədədir. Kür çayında suyun yenidən şorlaşması ilə əlaqədar olaraq işməli su ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Faktiki olaraq Neftçala şəhərinin, həmçinin ətraf qəsəbə və kəndlərin su təminatı yoxdur. Natəmizlik və antisanitariya ciddi fəsadlar yaratmaqdadır. İddiaya görə son günlər təkcə Neftçala şəhərində yoluxma 60-80 arasında dəyişib.
Əhalinin bu acınacaqlı vəziyyətindən isə ayrı-ayrı işbazlar yararlanırlar. Şikayətçilər bildiriblər ki, Neftçala şəhərindən heç də uzaqda olmayan Uzunbabalı kəndində yerləşən su anbarından gətirilən su “od qiymətinə” satılır. Dövlət qurumlarına və şəxsi insanlara aid olan su maşınları ən yaxın məsafə üçün 20 manat, Neftçalanın özünə 30 manat, ətraf qəsəblərə isə 40 manata su satırlar. Hazırkı durumda isə bir təsərrüfat ortalama 2-3 maşın su işlədir ki, bu suyu almaq da təbii olaraq insanların maddi imkanları xaricinə çıxır.
Maraqlıdır ki, Neftçalanın icra başçısı Mirhəsən Seyidov əhalinin bu həyat əhəmiyyətli problemlərindən kənarda yaşayır. Əgər belə olmasaydı icra başçısı dövlətə aid olan su anbarından daşınan suyun “qızıl qiymətinə” əhaliyə satılmasına iman verməzdi və işbazları cəzalandırar, fövqəladə hal olduğuna görə suyun əhaliyə pulsuz (ya da minimal qiymətlə) çatdırılmasını təmin edərdi.
Mənbə: Pia.az