Tribuna İnformasiya Agentliyi

Neft sürətlə bahalaşdı

12 Dekabr

Dünya birjalarında neft kəskin bahalaşıb. 

Dünya birjalarında neft kəskin bahalaşıb.

TİA.AZ xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında VTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.

İCE London qitələrarası birjasında “Brent” markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.

Bununla da “Brent” markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.