Neft daha da ucuzlaşacaq – “Goldman Sachs”backend

Neft daha da ucuzlaşacaq – “Goldman Sachs”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və təşkilata daxil olmayan ölkələrin (OPEC+) neft hasilatını gündəlik olaraq 10 mln. barel azaltmaq qərarı qiymətlərin artımı üçün kifayət etməyəcək.

“Report”un məlumatına görə, bunu “Goldman Sachs”ın analitikləri hesab edirlər.

“Reuters” agentliyi yazır ki, iri neft hasilatçıları arasında neftin hasilatının gündəlik olaraq 10 mln. barel azaldılması ilə bağlı sazişi bir tarixi hadisədir, lakin bu göstərici problemi aradan qaldırmaq üçün kifayət etmir

Ekspertlər qeyd edirlər ki, tələbatın kəskin azalmasını kompensasiya etmək üçün istənilən saziş kifayət etməyəcək.

Bankın analitikləri hələ də ümid edirlər ki, yaxın həftələrdə də xammalın qiymətləri düşəcək. Çünki neft anbarları koronavirusun yayılması və bununla bağlı məhdudiyyətlərə görə tələbin azalması səbəbindən olduqca çox tez dolurlar.

Xatırladaq ki, dünən OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib.

“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşılıb.

Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Qeyd edək ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.