Tribuna İnformasiya Agentliyi

Necati yeni film çəkir – ixtiyarına bir ordu verildi

07 Noyabr

Köhnə bina yenidən təmir olunub…

Türkiyəli məşhur aktyor və rejissor Necati Şaşmaz yeni film çəkir.

Filmin çəkilişləri üçün uzun müddət hazırlıq gedib. Çəkilişləri Antalyada aparılan filmdə polis bölməsi olaraq istifadə ediləcək köhnə bina yenidən təmir olunub. Çəkilişlərdə 200 nəfər işçi heyəti çalışır.

Çəkilişdə istifadə olunması üçün hərbi avtomobillər, helikopterlər və bir çox hərbi ləvazimatlar təmin edilib.

Qeyd edək ki, film Türkiyənin SHOW TV kanalında yayımlanacaq.

AzNews.az