Nə vaxt gün ərzində 4-5 fincan kofe içmək lazımdır? – Həkim danışıbbackend

Nə vaxt gün ərzində 4-5 fincan kofe içmək lazımdır? – Həkim danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teledoktor Aleksandr Myasnikov danışıb ki, sağlamlıq üçün müntəzəm olaraq kofe istehlak etməyin nə kimi faydası var. Həm də söhbət bircə fincandan getmir.

Onun sözlərinə görə, bir neçə fincan kofe qara ciyərin xəstəlikləri zamanı və ürək tutmalarında kömək edir. Tanınmış teleaparıcı həm də bu söz-söhbəti təkzib edib ki, guya kofe hipertoniyası olanların təzyiqini qaldırır.

Özünün İnstaqramında 71 №-li Moskva xəstəxanasının baş həkimi yazıb ki, kofe qara ciyərin xəstəlikləri zamanı faydalıdır, hepatitin serroza keçməsinin qarşısını alır, serrorzun isə xərçəngə keçməsinə mane olur. «Ona görə də gündə 3-5 fincan kofe içmək qara ciyər xəstəlikləri zamanı vacibdir» – Myasnikov qeyd edib.

Bununla əlaqədar olaraq, o, müntəzəm kofe içməyi məsləhət görür – bu, infarkt riskini aşağı salır, təkrar ürək tutmalarından qaçmağa kömək edir.