Nə üçün yayda pəhriz saxlamaq məsləhət deyil? – Dietoloqlar izah edirlərbackend

Nə üçün yayda pəhriz saxlamaq məsləhət deyil? – Dietoloqlar izah edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayda pəhrizə oturmaq yaxşı variant deyil. Tibb işçiləri belə hesab edirlər. Bu barədə «Cursorinfo» yazır.

Mütəxəssislər izah edirlər: yayda isti səbəbilə insan bədəni onsuz da «quruyur» və bir qayda olaraq, 1,5 kiloqram çəki itirir. Amma çəki sadəcə, istidən azalır, hansısa xüsusi səylər və ya pəhriz səbəbilə yox. Bundan başqa, yayda insanlara qışla və ya payızla müqayisədə az qida qəbul etmək xasdır – bu fəsillərdə orqanizm qidanı oksidləşmə hesabına parçalayır. Bu zaman enerji ayrılır və ona görə, yeməkdən sonra insana isti olur.

Başqa sözlə, yayda orqanizmi üstəlik xüsusi pəhrizlərlə üzmək məsləhət deyil. Yaxşı olar ki, payız və ya qış fəsli gözlənilsin və savadlı qida rasionu seçilsin ki, arıqlamağın da effekti olsun.