“Nə üçün Qərb Ukraynaya silah tədarükünü sürətlə artıra bilmir?” – Amerikalı generalbackend

“Nə üçün Qərb Ukraynaya silah tədarükünü sürətlə artıra bilmir?” – Amerikalı general

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika ölkələri silah istehsalını sürətlə artıra bilmir ona görə ki, NATO üzücü müharibəyə hazırlaşmayıb. Ukraynaya Qərbin əlində olan ən yaxşı silahlar verilir.

Bu barədə istefada olan amerikalı briqada generalı, İraq və Əfqanıstan veteranı Mark Arnold “RBK-Ukrayna”-ya müsahibəsində danışıb.

«Problem ondadır ki, Qərb ölkələrinin istehsal güclərinin yeni silah istehsalı və sursatların təkmilləşdirilməsi sülh səviyyəsindədir, hərbi səviyyədə deyil. Bu ilin fevralına qədərki tədbirlərlə silahların və sursatların ehtiyatları üzücü (uzunmüddətli) müharibəyə tab gətirmək üçün yetərli deyildi» – Arnold deyib.

Bu zaman o, qeyd edib ki, Ukraynaya yüksək dəqiqlikli silahların və aşağı texnologiyalı silahların böyük həcmlərdə tədarükü məsələsində problem var.

«Tədbir üçün ehtiyatda olan hərbi texnikanın Ukrayna üçün təmir imkanlarını sürətlə artırmaq və daha təkmil silahlar və sursat istehsal etmək çətindir. Bu, uzun və mürəkkəb zəncirdir» – hərbçi yekunlaşdırıb.

Bundan əvvəl Ukrayna Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bəyan etmişdi ki, «əgər onlara heç olmasa başlanğıc üçün iki eskadrilya Amerika təyyarələri verilsəydi, o zaman həmin silahlar bütün Rusiya silahları ilə havada döyüşmək gücündə olardı».