“Nə qədər ki, şans var, axıra qədər mübarizə aparacağıq” – Xabarovsk sakinləribackend

“Nə qədər ki, şans var, axıra qədər mübarizə aparacağıq” – Xabarovsk sakinləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xabarovsk sakinləri artıq iki həftədir ki, etiraz aksiyasına çıxırlar. Onlar Putinin təyin etdiyi «müvəqqəti» qubernator Mixail Deqtyarevə inanmırlar.

«DVHAB.RU» nəşrinin bugünkü translyasyasından göründüyü kimi, şəhər sakinləri aksiya zamanı «Azadlıq», «Xabarvskdə ədalətli məhkəmə», «Furqal, biz səninləyik», «Burada hakimiyyət bizik», «Rusiya, oyan», «Rusiya KİV-nə ar olsun», «Rusiya azad olacaq» və digər şüarlar səsləndiriblər.

Şəhər sakinləri həm də yeni «müvəqqəti» qubernator Mixail Deqtyarevə bir sıra tələblər və təkliflər irəli sürüblər. Aksya iştirakçılarından biri onun barəsində aşağıdakıları söyləyib: «Hesab edirəm k, o, özü də bilmir, nə ilə məşğul olsun, çünki o, tamamilə bizimki deyil».

Qeyd etmək lazımdır ki, Xabarovsk etirazlarında hiss olunacaq sayda qadınlar iştirak edirlər, onların bir çoxu özü ilə uşaqlarını da gətirir. «Biz, axıra qədər mitinq edəcəyik… Hələ ki, şans var, axıra qədər mübarizə aparacağıq» – Xabarovsk qadınları deyirlər.