“Nə? Harada? Nə vaxt?”ın kapitanı vəfat edibbackend

“Nə? Harada? Nə vaxt?”ın kapitanı vəfat edib

“Nə? Harada? Nə vaxt?” (“Çto? Qde? Koqda?”) intellektual teleoyunun veteran oyunçusu Mixail Smirnov 64 yaşında vəfat edib.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu mərhumun komanda yoldaşı Maksim Potaşev “Facebook” səhifəsində yazıb.

M.Potaşev bildirib ki, M.Smrinov keçirdiyi insult nəticəsində ölüb. Mərhumla vida mərasiminin tarixi və yeri barədə hələlik məlumat verilməyib. Amma dəfn mərasiminin Rusiyanın paytaxtı Moskvada keçiriləcəyi dəqiqləşib.

Qeyd edək ki, M.Smrinov 1988-2010-cu illərdə “Nə? Harada? Nə vaxt?” intellektual klubunun aparıcı komandalarından birinin kapitanı olub. Onun başçılıq etdiyi komandada Maksim Potaşev, Boris Levin, Leonid Timofeyev və başqa tanınmış oyunçular iştirak edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki