Tribuna İnformasiya Agentliyi

İndoneziyada zəlzələ 54 ölü

07 Dekabr

İndoneziyanın qərb sahillərində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb. Azı 78 nəfərin ağır yaralandığı bildirilir.  İndoneziyanın qərb sahillərində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb. Azı 78 nəfərin ağır yaralandığı bildirilir. 

AP informasiya agentliyinin yaydığı məlumata görə, Pidicaya rayonunda onlarla insan dağıntılar altında qalıb. Regionun mürəkkəb relyefi axtarış-xilasetmə işlərini çətinləşdirir. Ölənlərin sayının artacağı istisna olunmur. Xatırladaq ki, zəlzələ bu gün yerli vaxtla saat 05:03 radələrində baş verib. Gücü 6,4 bal olan zəlzələnin episentri Sumatra adasının şimal sahillərində, ocağı yerin 10 kilometr dərinliyində yerləşib.