Tribuna İnformasiya Agentliyi

Nazirliyin jurnalının baş redaktoru milli mükafata layiq görüldü

07 Yanvar

“E-Media Group” təsis etdiyi “Şəms” Milli Mükafatlarını 2018-ci ildə çalışdıqları sahələrdə uğur qazanan tanınmış ictimai-siyasi xadimlərə, sənət adamlarına və media nümayəndələrinə təqdim edib.

AFN xəbər verir ki, mükafata layiq görülənlər arasında tanınmış jurnalist, Mədəniyyət Nazirliyinin təsisçisi olduğu “Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü, filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatçısı, Azərbaycan Zöhrə Qulamhüseyn qızı Əliyeva da var. Mukafatlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Cümhuriyyətimizin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli mərasimdə nominantlara təqdim edilib.

Z.Əliyeva sevincini belə ifadə edib: “İstənilən mükafatı almaq çox böyük şərəfdir. Xüsusən Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi ildə zəhmətinin, bacarığının dəyərləndirilməsi daha qürurvericidir. Üstəlik də bu mükafatın adının mənimçün ikiqat önəmi var – təbrizli babam uşaq vaxtı məni “Şəms” deyə çağırardı. Kürən olduğuma görə ailəmizdə elə indi də bu adla çağrılıram. (gülərək) Ona görə “Şəms” mükafatı sanki mənimçün yaranıb…”

Nazirliyin jurnalının baş redaktoru milli mükafata layiq görüldü

Nazirliyin jurnalının baş redaktoru milli mükafata layiq görüldü