Nazirliyin daha bir idarəsi “tender müəmması”na qoşuldu… – TƏFƏRRÜATbackend

Nazirliyin daha bir idarəsi “tender müəmması”na qoşuldu… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qobustan rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “FRAZA-F” MMC (VÖEN- 1505816991) olub.
Müsabiqənin şərtlərinə görə, “FRAZA-F” MMC Gənclər və İdman İdarəsinə istehlak yönlü müxtəlif mallar (medal, kubok, diplom və s.) satacaq və qarşılığında 10 min 500 manat alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Qobustan rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 14.04.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “FRAZA-F” MMC isə bundan cəmi 2 ay əvvəl – 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Faiq Yusifov, ev 46, m. 94”də yerləşir. Qanuni təmsilçisi Süleymanov Nicat Şakir oğludur.
Onu da bildirək ki, “FRAZA-F” MMC bir ay əvvəl Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən analoji tender müsabiqəsinin də qalibi olub və qarşılığında 28 min 650 manat alıb.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi bir-iki ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tender müsabiqələrində diqqət çəkən digər bir məqam isə odur ki, “FRAZA-F” MMC  ilə eyni gündə, eyni ünvanda qeydiyyatda olan və Süleymanov Nicat Şakir oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “SMART.KİOSK MM” MMC Nizami, Binəqədi və Sabunçu rayon Gənclər və İdman İdarələri tərəfindən keçirilən 61 min manatlıq tender müsabiqələrinin qalibi olub.
Qeyd edək ki, gənclər və idman idarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediliblər.