Nazirlikdəkilər dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə təyin olunublar – Deputatbackend

Nazirlikdəkilər dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə təyin olunublar – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən açığı Təhsil Nazirliyinin iş prinsipini başa düşə düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar.Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur”.

Bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev deyib.
O qeyd edib ki, təhsilimizin son illərdəki inkişaf yolundan sapınmasın istəmir:
“Sorosun, başqa fondların dəstəyi ilə oxumaq da olar. Ancaq təhsilimizin millilik elementi silinə bilməz. Ölkələr Milli təhsil sistemləri ilə öyünürlər. Cidanı cuvalda gizlətmək olmaz. Təyinatlara diqqət edin: Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar, Yaxud Bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər, Bakı şəhər Təhsil idarəsində insan resursları şəbəsinə müdir vəzifəsinə Fövqəladə hallar nazirliyi orqanınlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər. Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?
Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib. Bakı şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir.
Bütün bu informasiyaları, baş verən bu qanunsuzluqlar mənə dəqiqliklə İctimai Şuranın üzvü olarkən verirdilər. Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsillə qeyri-ciddi və qeyri – peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır”./YeniSabah