Nazirlik rəsmisindən Azad Rəhimovun səhhəti ilə bağlı açıqlamabackend

Nazirlik rəsmisindən Azad Rəhimovun səhhəti ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Elə dünən cənab nazirlə əlaqə saxlamışam. Ümumiyyətlə, hər gün onunla daimi əlaqədəyəm. Suallar olduğu təqdirdə, dərhal onunla əlaqə saxlayıram. Cənab nazir bütün sualları cavablandırır, tapşırıqları verir”.
Bu barədə TİA.AZ-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
S.Məmmədova ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı verdiyimiz sualı belə cavablandırıb:
“Azad müəllimin müalicəsi hələ ki davam edir. Onun nə vaxt Vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq”.