Nazirlik Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat açıqladıbackend

Nazirlik Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayı ərzində 2300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 18600 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.