Tribuna İnformasiya Agentliyi

Nazirlik milli parklara media turlar təşkil edəcək

04 May

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanda ekoturizm və meşə yanğınlarına həsr olunmuş tədbir keçirilir.

TİA.AZ  xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tədbiri açaraq bildirib ki, hər cümə günü müxtəlif mövzulara həsr olunmuş mətbuat konfransı keçiriləcək. Bundan əlavə, media nümayəndələrinin “Təbiət evimizdir” devizi altında milli parklara turları təşkil ediləcək.

Sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə “Azərbaycan Respublikasının milli parklarının ekoturizm potensialı” mövzusunda məruzə edib.

Daha sonra Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov Azərbaycan meşələri, meşə yanğınları, onların başvermə səbəbləri və qarşısının alınması üsulları barədə məlumat verib.

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə təbiətin qorunması, ekoturizm və meşə yanğınları haqqında öz fikirlərini bölüşüb.