Tribuna İnformasiya Agentliyi

Nazirlik körpələr evi ilə bağlı araşdırmaya başladı

08 May

Səhiyyə Nazirliyi 1 saylı körpələr evindən ərzaq oğurluğu ilə bağlı ittihamlardan sonra araşdırmalara başlayıb.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib.

S.Əhmədova deyib ki, araşdırma gedən müddətdə körpələr evinin direktoru Nəhayət Əliyeva müvəqqəti işindən kənarlaşdırılıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın qızı sosial şəbəkələrdə video paylaşaraq körpələr evindən ərzaq daşındığını iddia etmişdi. Hadisədən dərhal sonra nazirlik araşdırmalara başlayıb. “Direktor işdən çıxarılmayıb, sadəcə olaraq araşdırma müddətində işdən kənarlaşdırılıb”.

N.Əliyevanın səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.