Tribuna İnformasiya Agentliyi

Nazirlik gözlənilən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ ETDİ

30 Noyabr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin TİA.AZ-a verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 01-02-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın-02-si gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Qeyri-sabit hava şəraiti dekabrın 02-si gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.