Nazirlik BŞİH-ə məcburi göstəriş verdi: “Budamanı dayandırın!”backend

Nazirlik BŞİH-ə məcburi göstəriş verdi: “Budamanı dayandırın!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Yasamal rayonu Şərifzadə-192 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov TİA.AZ-a bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların vegetasiya dövrü olmasına baxmayaraq ərazidə budama işlərinin aparıldığı müəyyən olunub.

O qeyd edib ki, mütəxəssislər tərəfindən aparılan araşdırma zamanı budama işlərinin düzgün aparılmadığı, ağacların 4-5 metr hündürlükdən sərt budandığı məlum olub: “İşlərin təcili dayandırılması və budanan ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə aprelin 15-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məcburi göstəriş verilib”.