Nazirlik AZAL-ın tenderini ləğv etdibackend

Nazirlik AZAL-ın tenderini ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Hava Yolları” QSC-nin tenderini ləğv edib.

TİA.AZ-ın “ölkə.az”a istinadən məlumatına görə, tender 25.11.2021-ci il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının 2022-ci il ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üçün elan olunmuşdu.

Elektron tender proseduru İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyinə əsasən ləğv edilib.