Tribuna İnformasiya Agentliyi

Nazirlik 6 ildə 73 uşağı övladlığa verib

26 Noyabr

2010-cu ildən bu günə kimi Təhsil Nazirliyinin xətti ilə 73 uşaq övladlığa verilib. 2010-cu ildən bu günə kimi Təhsil Nazirliyinin xətti ilə 73 uşaq övladlığa verilib.

TİA.AZ xəbər verir ki, bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan uşaqlardan 38 nəfəri oğlan, 35 nəfəri qızdır.

Məlumatda qeyd edilib ki, övladlığa verilən uşaqlar 5-17 yaş arasıdır və uşaqlar qohumlara deyil, yad ailələrə övladlığa verilib.

Onlardan 13 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır.

Həmçinin qeyd edilib ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixo-nevroloji uşaq evindən övladlığa verilən 1 nəfər uşağın övladlığa götürülməsi barədə məhkəmə qətnaməsi ləğv edilib.