“Nazirin vəfatı ilə bağlı xəbəri vermək bizim səlahiyyətimizdə deyil” – MOK-dan açıqlamabackend

“Nazirin vəfatı ilə bağlı xəbəri vermək bizim səlahiyyətimizdə deyil” – MOK-dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Olimpiya Komitəsinin rəsmi “facebook” səhifəsində Gənclər və İdman naziri vəfat etməsi ilə bağlı post paylaşıb.
Daha sonra isə həmin paylaşım silinib.
AZXEBER.COM məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb.
Qurumun sözcüsü Günay Malikqızı deyib ki, Azad Rəhimov ilə bağlı yeni paylaşım ediləcək:
“Postun silinməyinə səbəb yenisi ilə əvəz olunmasıdır. Yeni paylaşım ediləcək. Nazirin vəfatı ilə xəbəri vermək bizim yox, Gənclər və İdman Nazirliyinin səlahiyyətindədir”.
 Günel Hüseynli