NAZİRİN MENYUSUNA: BAKIDA 32 İLDİR MƏKTƏB DİREKTORU OLANLAR VAR – SİYAHIbackend

NAZİRİN MENYUSUNA: BAKIDA 32 İLDİR MƏKTƏB DİREKTORU OLANLAR VAR – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan təhsilində elə anti-rekordlar var ki, misli bərabəri yoxdur. Ölkədə bu illər ərzində bir neçə təhsil naziri dəyişsə də, dəyişməz qalan, kreslosuna yapışıb qopmayan məktəb direktorları göstərmək olar. Məşhur misal, Şah Abbası taxtda görənlər… Məhz həmin məktəb direktorları da Xruşşov dövründən qalan kadrlardır. Təhsilin şərtləri, qaydaları yenilənir, dünya dəyişir, amma onlar bu gedişlə qəbir evinə gedənə qədər məktəb direktoru olmağa sadiqdirlər. TİA.Az bu yöndə qeyd edir ki, onlardan biri 32 ildir 160 saylı məktəbin direktoru kürsüsündən əl çəkməyən Faina Ələkbərovadır. Artıq məktəbin tavanı, döşəməsi, divarları da tarix olub, amma direktor 32 ildir yerindən tərpənmir. Hətta Misir Mərdanov da nazir deyil, amma Faina xanım nazirlər yola salıb öz işindədir. Onunla yarışa girmiş Rəhilə Baxşalıyeva 1995-ci ildən 149 saylı məktəbin direktorudur. Ardınca Cavanşir Tarverdiyev 1997-ci ildən 63 saylı məktəbin ömürlük direktoru adını qazanıb. Bütün bu detalları rubrika.az-ın geniş araşdırma məqaləsində göstərilib. Həmçinin rekorda doğru irəliləyən Rəna Naibova 35 saylı məktəbi 18 ildir ki, şəxsiləşdirməkdədir. Eyni zamanda, Aytən Baxşiyevanın 8 saylı məktəbin “kupçasını almasından” 15 il keçir. Elə Təranə Qurbanova da 15 ildir ki, 237 saylı məktəbinə öz lövbərini salıb. 324 saylı məktəbin direktoru Gülarə Atayevanın direktorluq müddəti bu il nəhsdən çıxır. Gülarə xanım 13 ildir ki, 324 saylı məktəbin direktor otağına necə isinişibsə, heç kim onu uzaqlaşdıra bilmir. Əgər təhsil naziri Emin Əmirullayev islahatlar etmək fikrinə düşübsə, ilk növbədə məktəb direktorlarından başlamalı, keçirilən müsabiqələrdə şəffaflığı təmin etməlidir.

TİA.Az