Nazirin işdən qovduğu şəxs 73 minlik tender uddubackend

Nazirin işdən qovduğu şəxs 73 minlik tender uddu

Tərtər şəhər İcra Nümayəndiliyi yaşayış binalarının əsaslı təmir işlərinin və abadlaşdırma xidmətlərinin həyata keçirilməsi ilə bağlı tender elan edib. 
TİA.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Star Construktion-12” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Müqaviləyə əsasən QSC  96 883.29 AZN-ə yaşayış binalarını təmir etməli, 73 8015.66 AZN-ə isə abadlaşdırma xidmətlərini həyata keçirməlidir.
İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.
Araşdırmalarımız nəticəsində bəlli olub ki, Mirsahib Bayramov Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi olub. Lakin hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olanda Mirsahib Bayramovu işdən azad edib. Medianın yazdığına görə, buna səbəb Mirsahib Bayramovun fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub. Yoxlamalar zamanı aydın olub ki, Mirsahib Bayramovun dövründə məktəblərin təchizatı bədbad vəziyyətdə olub.
Mirsahib Bayramov işdən çıxdıqdan sonra “Star Construktion-12” QSC-də fəaliyyəyə başlayıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, QSC əvvəllər MMC kimi fəaliyyət göstərib. 2018-ci ildə isə “Star Construktion-12” MMC ləğv edilərək eyni adlı QSC yaradılıb.
Sözügedən şirkət həm də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin paytaxtda abadlıq və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı tenderlərin qalibi olub. Şirkət 2020-ci ilin 3 ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir”  MMC-dən ümumi dəyəri  22 569 688 manat olan dövlət sifarişi alıb.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki