Nazirin “fındıq bağı” fırıldağı-FOTObackend

Nazirin “fındıq bağı” fırıldağı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daş-kəsək içində fındıq bağı salmaq İnam Kərimovun nəyinə lazımdır?

Şəkildə gördüyünüz Şəki rayonunun Biləcik kəndində yerləşən qurumuş çay yatağıdır. Dünən kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağınının açılışını edib. Şəkildən də göründüyü kimi burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, ord olsa-olsa kol-kos bitər.
Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var?

Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var.
Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsdiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir. Meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi, 2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək.

Bir gün öncə kənd təsərrüfatı nazirinin iştirakı ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan fındıq bağına dövlət büdcəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayaq:
1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;
2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat
3. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat
Gördüyünüz kimi kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq.
İndi bildiniz, daşlıqda fındıq bağı salmaqda nə kəramət, nə sirri-İnam varmış?!
Mənbə: https://www.agro.gov.az/…/nazir-inam-kerimov-sekide…

Qubad İbadoğlu