Nazirin bacanağının şirkəti “Azərsu”nu məhkəməyə verdibackend

Nazirin bacanağının şirkəti “Azərsu”nu məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın sığorta bazarında ən iri şirkətlərdən biri olan “Azsığorta” ASC “Azərsu” ASC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdir.
“Azsığorta” ASC 11 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 300 000 AZN olan ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
Mediada gedən və təkzib olunmayan məlumatlara görə, “Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.