Nazirdən karantin rejimindən çıxışla bağlı AÇIQLAMAbackend

Nazirdən karantin rejimindən çıxışla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xüsusi karantin rejimindən çıxışın nə zaman olması və ya hansı müddətdə reallaşması dövlətin aidiyyəti strukturlarından, görünməyən qəhrəmanların işindən deyil, hər bir vətəndaşın, cəmiyyət üzvünün fəaliyyətindən asılı olan məsələdir”.

TİA.AZ-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, başlıca mesaj yeni sosial həyat tərzinə öyrəşməkdir:

“Yəni, iqtisadi həyat tərzinə və davranış qaydalarına da öyrəşməliyik. Bu gün mövcud olan elmi məlumata görə, pandemiyanın müddətinin dəqiq proqnozlaşdırılması mümkün deyil. Pandemiya dövründə sahibkarlara, kiçik-orta biznes sahiblərinə, bu vəziyyətdən əziyyət çəkən sektor nümayəndələrinə əhəmiyyətli dövlət dəstəyi təmin edilib”.

“Bütün addımlar atıldı ki, müəssisələrin bütövlüyü, iqtisadiyyatın strukturu qorunsun, məşğulluğun azalmasına yol verilməsin. Azərbaycan öz rəqabət qabiliyyəti və rəqabətə davamlılığını qoruya bilsin”, – deyə nazir qeyd edib.