Nazirdən ana olan 13 yaşlı məktəbli qızla bağlı xəbərə – Reaksiyabackend

Nazirdən ana olan 13 yaşlı məktəbli qızla bağlı xəbərə – Reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və təhsil naziri Emin Əmrullayev 13 yaşlı məktəbli qızın uşaq dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınması məsələsinə münasibət bildirib.

TİA.AZ xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O qeyd edib ki, məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma gedir: “Mən heç nə deyə bilmərəm, bu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan iş deyil. Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olarsa, ölçü götürəcəyik”.