Tribuna İnformasiya Agentliyi

Nazir yeni şöbə müdiri təyin etdi

18 İyun

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

TİA.AZ unikal.org-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə 1987-ci il təvəllüdlü Əkbərov Fərahim Fərman oğlu Aqrolizinq ASC-nin Kadrların İdarə olunması şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Fərahim Əkbərov bu təyinata qədər Vergilər Nazirliyinin Beynəlxalq Münasibətlər şöbəsində,sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib, Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının (AYAFE) sədridir.